Yüngül atletika üzrə dünya rekordçusu, isveçli Armand Duplantis 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında Olimpiya kəndində yaşamaqdan imtina edib. Bu barədə İnsanoid “Expressen” nəşrinə istinadən bu gün, 31 iyul tarixində məlumat verir.
İsveç millisinin kapitanı Kaysa Berqkvist idmançının daha uyğun mənzil tapdığını bildirib:
“O, peşəkardır və hörmət edilməli olan ehtiyacları var. Armand Duplantis bacardığı qədər hazırlaşmalıdır”.
Qeyd edək ki, “Paris-2024” Olimpiya kəndinə gələn atletlər karton çarpayıları tənqid obyektinə çeviriblər. Bildirilir ki, 26 000 ədəd olan bu çarpayıların hamısı kağız və ya plastik materialdan hazırlanıb. Otaqlarda televizorların və kondisionerlərin olmaması da idmançıları məyus edib.
Ümumiyyətlə, Paris Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır deyildi və tədbirin açılış mərasimi bunu açıq şəkildə göstərdi.