Dünyanın ən məşhur iti ölüb. Bu barədə İnsanoid Xarici KİV-lərə istinadən bu gün, 24 may tarixində xəbər verir.
“Dogecoin” simvoluna çevrilən Kabosu ləqəbli siba-inu 18 yaşında vəfat edib. Məlumata görə, məşhur it son dövrlərdə xərçəngdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Kabosu 2013-cü ildə “Dogecoin” kriptovalyutasının “siması” olub. Siba-inunun siması şirkətin sikkələrini, həmçinin “Uotford” futbol klubunun köynəklərini bəzəyirdi.