İspaniyada yaşayan dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID-19 pandemiyasının şahidi olmuş Mariya Branyas Morera 117 yaşında vəfat edib.
İnsanoid Report-a istinadən məlumat verib.
"Mariya Branyas bizi tərk etdi. O, istədiyi kimi, yəni yuxuda və heç bir ağrı çəkmədən vəfat edib", - bu barədə onun ailəsi bildirib.
Branyasın ölümündən sonra dünyanın ən yaşlı insanı 23 may 1908-ci ildə anadan olmuş yapon qadın Tomiko İtukadır.