Baş Dövlət Yol Polisi İdarəsi mayın 6-da yağışlı və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Yağış zamanı sürüşmə ehtimalı artdığı üçün sürücülərdən ara məsafəsi saxlamaları, sürət həddini minimuma endirmələri xahiş edilir. Hərəkət iştirakçıları şüşə silgəclər və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.
Həmçinin küləyi nəzərə alaraq vətəndaşlara avtomobillərini müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq saxlamaq tövsiyə olunur. Ümumiyyətlə, aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında dayanmamaq məsləhət görülür.
Qeyd edək ki, əlverişsiz ölkədə yağıntılı və küləkli hava şəraiti mayın birinci ongünlüyünün sonunadək davam edəcək.