Daxili İşlər Nazirliyinin (DİN) E-Polis mobil tətbiqi istifadəyə verilib. Bu barədə 31 yanvar tarixində Report məlumat verib.
Tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.
Həmçinin proqram vasitəsilə borcla bağlı ölkədən çıxışa STOP qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar.
Tətbiqi artıq “Play Store” mobil mağazasından yükləmək olar.