Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib. Bu barədə 13 yanvar tarixində Report Komitəyə istinadən məlumat verib.
“Təcili tibbi yardım maşınının sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb”, - məlumatda deyilir. Qeyd olunub ki, Berha xəstəxanaya çatana qədər dünyasını dəyişib.
Həkimə konkret kimin hücum etdiyi barədə məlumat verilməyib.