Əfqanıstanda 6,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə 11 yanvar tarixində Report Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat verib.
Zəlzələnin episentri 12 minə yaxın insanın yaşadığı Curm rayonundan 41 km cənubda olub.
Zəlzələ ocağı 188 kilometr dərinlikdə yerləşib.