Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində qayığın aşması nəticəsində 20 nəfər ölüb. Bu barədə 1 iyun tarixində Report məlumat verib.
Mohmand Dar rayonunda göyərtəsində 25 nəfərin olduğu qayıq çayda aşıb.
Məlumata görə, yalnız 5 nəfəri xilas etmək mümkün olub. Qalan 20 nəfər, o cümlədən uşaqlar və qadınlar ölüblər.