Ötən gün Xətai rayonunda amansızlıqla qətlə yetirilən ailə üzvləri bu gün dəfn olunublar. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 14 fevral tarixində xəbər verir.
Mərhumlar Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıblar.
Ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını da digər ünvanda eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.