Ekvadorda daxili vəziyyət gərginləşib. Bu barədə 10 yanvar tarixində APA xarici KİV-yə istinadən məlumat verib.
Prezident Daniel Noboa ölkədə “daxili silahlı münaqişə” rejimi elan edib. Bu addım ölkədə kriminogen durumun gərginləşməsi fonunda atılıb.
Polisin bildirdiyinə görə, Ekvadorun Quayaquil və qonşu Nobol şəhərində iğtişaşlar zamanı ən azı 10 nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub.