Ekvadorda silahlı şəxslər “TC Television” telekanalının studiyasına soxularaq canlı efirdəki aparıcıları girov götürüblər. Bu barədə İnsanoid yerli mətbuata istinadən bu gün, 10 yanvar tarixində məlumat verir.
Canlı yayımdan olan görüntülərdə altı maskalı şəxsin yerdə uzanmış telekanal işçilərinə silah tuşlaması görünür.
Ekvadorun “TC Television” telekanalına hücumun bir neçə iştirakçısı polis tərəfindən saxlanılıb.
“Quayakil şəhərindəki “TC Television”un binasında keçirilən əməliyyat nəticəsində polis bölmələrimiz bir neçə subyekti həbs edə və cinayətlə bağlı sübut əldə edə bildi”, - saxlanılan dörd şəxsin fotoşəkli ilə müşayiət olunan açıqlamada bildirilir.