Əlcəzair müstəmləkəçilik dövründə ölkədən çıxarılan və geri qaytarılmalı olan mədəni sərvətlərin siyahısını Fransaya təhvil verib.
Bu barədə İnsanoid Report-a istinadən bu gün, 28 may tarixində məlumat verir.
Mədəni sərvətlərin siyahısı iki ölkənin tarixçilərinin birgə komissiyasının iclasında Əlcəzair tərəfindən təhvil verilib.
Siyahıya Fransanın müxtəlif muzeylərində saxlanılan artefaktlar daxildir. Bunlar 1830-cu ildə Fransanın Əlcəzairi müstəmləkələşdirməsinin başlanğıcından 1962-ci ildə Müstəqillik Müharibəsinin sonuna aiddir.