top
Elm və Təhsil Nazirliyində yeni şöbələr yaradılıb, təyinatlar olub
08 dekabr 2023, 07:06
- ↺ +

Elm və Təhsil Nazirliyində yeni şöbələr yaradılıb, təyinatlar olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib. Bu barədə 8 dekabr tarixində Report Nazirliyə istinadən məlumat verib.

Dəyişikliklərə əsasən, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb.

Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur.

Həmçinin nazirliyin aparatında mövcud olan Beynəlxalq əməkdaşlıq, Maliyyə, Təhsilin iqtisadiyyatı, Vətəndaşlara xidmət və sənədlərlə iş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətini davam etdirəcək.

Struktur dəyişikliyindən sonra Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib.

Bundan əlavə, Əliyev Elnur Qəzənfər oğlu nazirin müşaviri təyin edilib. Elnur Əliyev, eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək.

Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub.

Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinə Vəfa Yaqublu, Elm və ali təhsil siyasəti şöbəsinə Turxan Süleyman, Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinə Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji planlaşdırma və koordinasiya sektorunun müdiri Leyla Xəlilova-Rzazadəyə həvalə olunub.

Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin müdiri Gündüz Əbdülov, Audit şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Oxşar xəbərlər