Dünən vəfat edən tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub. Bu barədə 6 yanvar tarixində APA məlumat yayıb.
Əvvəlcə mərhumla Buzovna qəsəbəsindəki evində vida mərasimi keçirilib. Vida mərasimi bitdikdən sonra mərhumun cənazəsi Buzovnadakı "Əli ayağı" qəbiristanlığına aparılaraq dəfn olunub.
Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.