Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
“Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, - xəbərdə deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, eyni gündə daha bir oxşar hadisə baş vermişdir, əsgər zabiti güllələmişdir.