Ermənistan və İran Araz çayı üzərində yeni körpü tikintisinin layihəsi üzərində işləyir. Bu barədə İnsanoid Ermənistan mətbuatına istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Krinstina Qaleçyan bildirib ki, körpünün tikintisi ilə bağlı texniki göztəricilər dəqiqiləşdirilir.
Nazir müavini bildirib ki, yenisi mövcud körpüyə paralel olaraq tikiləcək: “Tələsmək lazım deyil, texniki-iqtisadi araşdırmaların başa çatmasını gözləmək lazımdır”.