Ermənistanda müddətli hərbi xidmətdə olan əsgər atəş açaraq zabitlərdən birini öldürüb.
Bu barədə 9 yanvar tarixində Report “Hraparak”a istinadən məlumat verib.
Hadisə yanvarın 9-da Basarkeçər rayonunda (Vardenis) Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidməti postda baş verib.
Hadisənin səbəbi araşdırılır.