Rusiya Ermənistan istehsalı "Jermuk" mineral suyunun satışını dayandıracaq. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 13 fevral tarixində xəbər verir.
Buna səbəb "Jermuk" suyunu içən Vladiqafqaz sakininin mədəsinin yanması olub.
Məlum olub ki, butulkada suyun əvəzinə sirkə olub.
Rospotrebnadzor məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində "Jermuk" ticarət markasının bəzi su partiyalarının satışını dayandırır.