Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi fərdi jurnalist müsabiqəsinin nəticələri açıqlanıb.
Bu barədə İnsanoid MEDİA-ya istinadən bu gün, 18 dekabr tarixində xəbər verir.
Mükafat alanlar siyahısında “Global Media Group”un tərkibində fəaliyyət göstərən media qurumlarından 5 jurnalistin də adı var. Belə ki, "Report" İnformasiya Agentliyinin əməkdaşı Sədrəddin İsmayılov, Tural İbadlı, Oxu.Az-ın əməkdaşı Könül Soltanova, “Kaspi” qəzetinin əməkdaşı Aygün Cəfərova və "Baku TV"nin əməkdaşı Ceyhun Piriyev müxtəlif nominasiyalar üzrə qalib gəliblər.
![]()