Gənclər və idman naziri Fərid Qayıbov Banqladeş Xalq Respublikasında səfərdədir. Bu barədə 22 noyabr tarixində Report məlumat verib.
Nazir səfər çərçivəsində Banqladeşin gənclər və idman naziri Zahid Ahsan Russel ilə görüşüb.
İki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə edilib.