Göygöl rayonunda minik avtomobili yanıb. Bu barədə 13 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Göygöl rayonunun Üçtəpə kəndində "Mercedes-Benz" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.