FHN köməksiz halda qalan 5 nəfəri xilas edib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 7-si azyaşlı olmaqla 8 nəfər xilas edilib.