Ötən sutka ərzində 17 yanğına çıxış olub. Bu barədə 22 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə ötən sutka ərzində 3 nəfər xilas edilib, Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərində 26 nəfər işçi “Vixr-5” gəmisi ilə təxliyə edilib.
Həmçinin 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq, aidiyyəti üzrə təhvil verilib.