Ötən sutka ərzində 14 yanğına çıxış olub.
Bu barədə 31 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.