Sutka ərzində FHN 6 nəfəri xilas edib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 22 dekabr tarixində xəbər verir.
Ötən sutka ərzində 21 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə FHN əməkdaşları tərəfindən qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.