Ötən sutka ərzində 27 yanğına çıxış olub. Bu barədə 7 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib.
Həmçinin yanğınlar zamanı 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin meyiti aşkar olunaraq, aidiyyəti üzə təhvil verilib.