Ötən sutka ərzində 21 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə 20 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər xilas edilib.
Həmçinin yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.