Ötən sutka ərzində 51 yanğına çıxış olub. Bu barədə 15 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.