Filippinin Davao-de-Oro əyalətində dini mərasim zamanı baş verən torpaq sürüşməsi nəticəsində azı 9 nəfər ölüb. Bu barədə 19 yanvar tarixində Report xarici KİV-yə istinadən məlumat verib.
Yerli hakimiyyət orqanları iki nəfərin itkin düşdüyünü və axtarışların aparıldığını bildirib.
Qeyd edək ki, yanvarın 18-də Monkayo bələdiyyəsində dini mərasimin keçirildiyi binada torpaq sürüşməsi baş verib. Mərasimdə 14 nəfər iştirak edirmiş.