Fransanın şərqindəki Belfort şəhərində tikilməkdə olan məsciddə vandallar divara qan sıçradıb və darvazasına qaban başı asıblar. Bu barədə İnsanoid Reuters-ə istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Bazar ertəsi müqəddəs Ramazan ayının sonu olan Fitr bayramı idi.
Fransada sayı təxminən beş milyon olan Avropanın ən böyük müsəlman icması var.
Keçən ay Fransa müsəlmanlarının Ramazan bayramını qeyd etməyə başladığı gün iki məscidin divarlarına svastika və irqçi şüarlar yazılmış, digəri isə yandırılmışdı.