Qabriel Attal Fransanın Baş naziri təyin olunub. Bu barədə İnsanoid xarici KİV-yə istinadən bu gün, 9 yanvar tarixində xəbər verir.
Ölkə Prezidenti Emmanuel Makronun imzaladığı qərara əsasən, 34 yaşlı Q.Attal Fransa tarixində ən gənc Baş nazir olub.
Q.Attal indiyə qədər təhsil naziri vəzifəsində işləyib.
Xatırladaq ki, E.Makron yanvarın 8-də Baş nazir Elizabet Bornu işdən çıxarıb. O, 2022-ci ilin mayından bu vəzifədə çalışırdı.