Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb.
Bununla bağlı 9 dekabr tarixində Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10 və 11-i Ramazan bayramı, iyunun 16 və 17-si Qurban bayramı günləri müəyyən edilib.