Ötən gün “Google” şirkəti “Gmail” elektron poçtunda mövcud olan, lakin 2 ildir ki, bir dəfə də olsa, istifadə edilməyən hesabları silib. Bu barədə 2 dekabr tarixində APA xarici KİV-yə istinadən məlumat verib.
“Google” bununla bağlı istifadəçilərini məlumatlandırmışdı. Şirkət tərəfindən bildirilmişdir ki, bu kimi halın baş verməməsi, yəni silinməməsi üçün istifadəçilərin sadəcə olaraq bir dəfə “Gmail” üzərindən elektron poçtlarına daxil olması kifayətdir.
“Google” bununla rəsmi şəkildə hesabda olan bütün məlumatların, eyni zamanda “Google Drive”a yüklənən fotoların da silinəcəyini bəyan etmişdi.