İndiyədək Gorus-Qafan yolunda yerləşən gömrük postlarından 2 milyon manata yaxın vəsait toplanılıb. Bu barədə 12 dekabr tarixində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə istinadən Report məlumat verib.
"Ölkəmizə başqa gömrük postlarından daxil olan xarici vətəndaşlar hansı vergi və rüsumları ödəyirsə, Gorus-Qafan yolundakı gömrük postlarından keçənlər də eyni qaydada ödəniş edirlər", - deyə sədr bildirib.
Qeyd edək ki, Qubadlı rayonunun ərazisində yerləşən Gorus-Qafan yolundakı nəzarət-keçid məntəqəsi 2021-ci ilin sentyabr ayından fəaliyyət göstərir.