Göyçay rayonunda 7 yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb. Bu barədə 8 fevral tarixində Report məlumat verib.
Rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.