Göyçayda həmkəndlisini öldürməkdə təqsirləndirilən Qılman Mustafayevin məhkəməsi başlayır. Bu barədə aprelin 20-də Report-a rayon prokurorluğundan məlumat verilib.
2021-ci il noyabrın 22-də rayonunun Bəydövül kənd sakini, 1983-cü il təvəllüdlü Elvin İsmayılovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
Zərərçəkmişi həmkəndlisi, 1974-cü il təvəllüdlü Q. Mustafayev heç bir əsaslı səbəb olmadan bıçaqlayıb.