Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. Bu haqda aprelin 23-də APA Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Onun üzərindən heroin aşkarlanıb. Saxlanılan şəxsin evindən isə külli miqdarda satış məqsədilə qablaşdırılmış heroin və metamfetamin tapılıb.
Sözügedən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.