Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 16 oktyabr tarixində xəbər verir.
“TIR” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində 70 yaşlı Mürsəl Abdullayev, 20 yaşlı Elvin Əhmədov və 28 yaşlı Mürsəl Abdullayev bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.