Göyçay rayonunun Şəhadət kəndində fərdi yaşayış evlərinin həyətyanı sahələrini çirkab suları basıb. Bu haqda aprelin 27-də APA məlumat yayıb.
Göyçay rayon İcra Hakimiyyətinin Şəhadət kənd inzibati dairəsi üzrə nümayəndəsi bildirib ki, Şəhadət kəndinin yuxarı hissəsində yaşayan sakinlər həyətyanı sahələrini suvararkən səhlənkarlıq edir, kanalizasiya borusunun lyuk qapaqlarını açıq qoyaraq həmin kəmərə su axıdırlar və bir neçə ailə sanitar qovşağın tullantı sularını bu köhnə kanalizasiya borusuna axıdır.