Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti tapılıb. Bu barədə İnsanoid bu gün, 18 avqust tarixində Report-a istinadən xəbər verir.
Avqustun 15-də Göyçay şəhər sakini, 65 yaşlı Lətifə Ələsgərovanın itkin düşməsi barəsində rayon Polis Şöbəsinə məlumat daxil olub. O, Göyçayda yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
L.Ələsgərovanın meyiti ötən gün axşam saatlarında Məlikkənd kəndindəki su kanalında aşkarlanıb.
Onun özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.