Göyçay rayonunda səkkiz gün əvvəl yanıq xəsarəti alan qadın dünyasını dəyişib.
Report.az xəbər verir ki, Göyçay rayonunda evin vanna otağında yanvarın 16-da su qızdırıcısının partlaması nəticəsində üzərinə qaynar su tökülən 34 yaşlı Sevinc Cəfərova xəstəxanada ölüb.