Göygöl və Şəmkir rayonlarında qanunsuz tikililər sökülüb. Bu barədə 5 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
Qanunsuz tikililər sökülüb.