Ötən gün, aprelin 29-da Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA məlumat yayıb.
Hərəkətdə olan “VAZ 2107” ilə “VAZ 21099” markalı avtomobillər toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.