Göygöl rayonunda yanğın olub. Bu barədə 23 yanvar tarixində APA məlumat verib.
Göygöl rayonunun Balçılı kəndində ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 100 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.