Göygöldə yol qəzası baş verib. Bu barədə İnsanoid bu gün, 14 avqust tarixində APA-ya istinadən məlumat verir.
Qəza Göygöl - Toğanalı - Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb.
Nəticədə bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.