Gürcüstanın Baş prokuroru İrakli Şotadze istefa verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 23 may tarixində xəbər verir.
Baş prokuror rəsmi sosial şəbəkə səhifəsində bildirib ki, həkimlərin tövsiyələrini nəzərə alaraq bunu edir:
"Hazırda Gürcüstanın Baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Səhhətimdə yaranan problemlərə görə öz səlahiyyətlərimi həyata keçirməyə davam edə bilmərəm”.
İ.Şotadze 18 fevral 2020-ci ildə bu vəzifəyə seçilmişdi.