Türkiyənin tanınmış aktyoru Tuncay Akça vəfat edib. Bu barədə 17 avqust tarixində İnsanoid Türkiyə KİV-yə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb aktyorun infarkt keçirməsi olub.
Tuncay Akça “Hababam sınfı” filmində oynadığı “Bacaksız” obrazı ilə tanınıb. Qeyd edək ki, o, 1963-cü ildə Kastamonu şəhərində dünyaya gəlib.
[gallery link="file" columns="1" size="full" ids="188456"]