Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin apellyasiya şikayəti təmin edilməyib. Qərar Yasamal Rayon Məhkəməsində verilib. Bu barədə APA aprelin 29-da məlumat yayıb.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-yə məxsus helikopterdə sağ qalan Emil Cəfərov və Ramin Ədilov Əli Əliyevdən şikayət ediblər.
İddiaçıların şikayətlərində göstərilib ki, Ə. Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəzadan sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə veriblər.
Təqsirləndirilən şəxs barəsində iki şikayətlə bağlı ümumilikdə 5 ay azadlıqdan məhrumetmə cəzası seçilib.