Göygöldə ətrafa tullantılar atan iaşə obyektlərinin sahibləri cərimələniblər. Bu barədə 20 iyul tarixində İnsanoid Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verib.
Rayonun Hacıkənd ərazisində “Flaminqo” ailəvi istirahət mərkəzindən və “Laçın” kafesindən ətrafa tullantıların atıldığı və çirkabın axıdıldığı aşkar edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev bildirib ki, “Flaminqo” istirahət mərkəzinin sahibi Elvir Qasımov və “Laçın” kafesinin sahibi Nicat Cəfərov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb. Belə halların təkrarlanmaması üçün onlara məcburi göstəriş verilib.
Ərazilər tullantılardan təmizlənib.