Polis əməkdaşları həftəsonu vətəndaşlardan 26 silah, 1 qumbara götürüblər. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 22 yanvar tarixində məlumat verir.
20-21 yanvar tarixlərində polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat silahı, 1 ədəd qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 13 ədəd patron darağı və 540 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin qeyd olunan tarixlərdə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 66 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.